|
İncirlik aviabazası NATO-nun üzünə qapadıla və Rusiyaya verilə bilər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.
“Böyük ehtimalla, Ərdoğan 2028-ci ilə qədər prezident olacaq. Türkiyə irəliyə doğru böyük sıçrayış edəcək.Əsas olan Türkiyənin Rusiyanın tərəfdaşı olmasıdır. Biz onu istənilən hücumdan qoruya bilərik. Yəqin İncirlik NATO üçün qapadılacaq və bizə veriləcək. Ərdoğan hakimiyyətdə olduğu müddət ərzində Türkiyədə pis heç nə olmayacaq. Ərdoğan Türkiyədə heç bir narıncı inqilaba yol verməyəcək”, – deyə o bildirib.