|
Çin mediası rəsmi Pekindən ABŞ-la ticarət savaşı ilə bağlı daha yumşaq məlumatlar yaymaq barədə təlimat alıb.
Axar.az xəbər verir ki, Çin mediasına Trampa qarşı tənqidləri yumşaltmaq tapşırığı verilib.
"South China Morning Post" qəzetinin məlumatına əsasən, adı açıqlanmayan bir mənbə rəsmi Pekinin ABŞ-la ticarət savaşının qızışmasına baxmayaraq, Trampı tənqid etməkdən yayınmağa çalışdığını bildirib.