ABŞ ordusu bu ölkədən ÇIXIR - Bazalar BAĞLANIR

ABŞ Suriyadakı hərbi varlığını geniş miqyasda azaltmağa başlayıb. Belə ki, ölkədə iki hərbi baza bağlanıb, biri isə kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətinə verilib.

Bu barədə Pentaqonun nümayəndəsi “Al Arabiya” telekanalına məlumat verib.

Onun sözlərinə görə, artıq təxminən 500 amerikalı hərbçi ölkəni tərk edib. Qalan qüvvələr müəyyən nöqtələrdə cəmləşdiriləcək. Pentaqon bu addımı “düşünülmüş və təhlükəsiz” adlandırıb.

Məlumata görə, “Mission Support Site Euphrates” bazası SDQ-yə təhvil verilib, “Mission Support Site Green Village” isə tamamilə bağlanıb. Üçüncü obyektin adı açıqlanmır.

ABŞ kürd qüvvələrinin nəzarətində olan ərazilərdə 2015–2018-ci illər arasında 9 hərbi baza və 3 post yaradıb. Hələ aprel ayında Vaşinqton Suriyadakı hərbçi sayını 1000 nəfərdən aşağı salmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, martın 10-da Suriya Demokratik Qüvvələri və müvəqqəti Suriya administrasiyası, SDQ qüvvələrinin hökumət ordusuna birləşdirilməsi barədə razılıq imzalayıb. Razılaşmaya əsasən, Suriyanın şimal-şərqindəki bütün strateji obyektlər, o cümlədən qaz və neft yataqları Dəməşqdə formalaşan yeni administrasiyanın nəzarətinə keçməlidir.

05 İyun 2025 İran parçalansa, 4 dövlət yaranacaq: Cənubi Azərbaycan isə…
05 İyun 2025 Rusiya heyrətamiz cavab hazırlayır: “Bankova əməliyyatı” nədir? – Arkovdan ŞOK
04 İyun 2025 Mask Trampı dəstəklədiyinə peşmandır: "Biabırçılıqdır, daha dözə bilmirəm"
04 İyun 2025 Xamenei ABŞ-nin təklifini rədd etdi
04 İyun 2025 Şərifdən Hindistana SƏRT XƏBƏRDARLIQ - “Bunun əvəzini ağır şəkildə ödəyəcək”
04 İyun 2025 Fransada islamofobiya davam edir - Yenə Qurani-Kərim yandırıldı
03 İyun 2025 Cavab verə bilməsək, ABŞ-ın iqtisadi mövcudluq şansı qalmayacaq – Tramp
03 İyun 2025 Ermənistanda iqtidar-kilsə savaşı qızışır - terror işə düşsə...
03 İyun 2025 Müharibə daha amansız olacaq - Orban
03 İyun 2025 İranın Azərbaycana təyin etdiyi səfirin adı açıqlandı
03 İyun 2025 Kremlə daha şans verilməyəcək: Rusiyanın hərbi potensialı tam sıradan çıxarılacaq
02 İyun 2025 İstanbul danışıqlarında Kiyev tərəfi sülh sənədini təqdim etdi
02 İyun 2025 "NATO Moskvanı yerin dibinə soxdu, Rusiya hələlik susur"
02 İyun 2025 Hindistan Türkiyə şirkətləri ilə müqavilələri ləğv etdi – Yeni Dehli düşmənçilik yolu tutdu
02 İyun 2025 Tramp: Bu ABŞ-ın iqtisadi çöküşü olacaq
02 İyun 2025 KİV: Ukrayna hücumlar barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib
02 İyun 2025 Çin MN: ABŞ-nin Tayvan məsələsindən istifadə etmək hüququ yoxdur
31 May 2025 Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər
31 May 2025 ABŞ kəşfiyyatı açıqladı: Rusiya Cənubi Qafqazda buna hazırlaşır
31 May 2025 Putin Trampı siyasi təxribata çəkir: Rusiya ABŞ və Qərbə "təslim olun" mesajı verir

Xəbər lenti