Mask Trampı dəstəklədiyinə peşmandır: "Biabırçılıqdır, daha dözə bilmirəm"

Milyarder iş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampın vergi və xərc qanun layihəsini sərt sözlərlə tənqid edib.

Xarici KİV xəbər verir ki, bu barədə milyarder “X” sosial media platformasında yazıb:

“Üzr istəyirəm, amma daha dözə bilmirəm. Bu kütləvi, ağlasığmaz, talançı Konqres xərcləri haqqında qanun layihəsi iyrənc biabırçılıqdır. Buna səs verənlərə ayıb olsun: səhv etdiyinizi bilirsiniz. Bu qanun layihəsi onsuz da böyük olan büdcə kəsirini 2,5 trilyon dollara (!!) çatdıracaq və Amerika xalqını dözülməz borc yükü ilə yükləyəcək”.

Maskın mövqeyi Trampa qarşı çıxmağa başlayan bəzi fiskal mühafizəkar respublikaçı senatorları cəsarətləndirə bilər. Bu senatorlar Konqresdə “bir böyük, gözəl qanun layihəsi” adlandırılan məsələ ilə bağlı tənqidi danışıqları davam etdirirlər.

Qeyd edək ki, keçənilki seçki kampaniyası zamanı Trampa əhəmiyyətli ianələr verən Mask keçən həftə Ağ Evdəki postunu tərk edib. Mask fırıldaqçılıq və israfçılığı azaltmaq üçün yaradılmış “hökumətin səmərəliliyi departamentinin” (Doge) rəhbəri idi.
Milyarder Respublikaçı qanun layihəsinin “Doge”nin səylərini baltalayacağını və ABŞ-ı daha da borca salacağını deyib.

05 İyun 2025 İrəvanda “Paşinyan vətəni satır” şivəni
05 İyun 2025 ABŞ kəşfiyyatı Rusiyanın itkilərini AÇIQLADI - Nüvə triadasına BÖYÜK ZƏRBƏ
05 İyun 2025 Özgür Özəl istintaqa CƏLB OLUNDU
05 İyun 2025 Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan etdi
05 İyun 2025 İran parçalansa, 4 dövlət yaranacaq: Cənubi Azərbaycan isə…
05 İyun 2025 Rusiya heyrətamiz cavab hazırlayır: “Bankova əməliyyatı” nədir? – Arkovdan ŞOK
04 İyun 2025 Xamenei ABŞ-nin təklifini rədd etdi
04 İyun 2025 Şərifdən Hindistana SƏRT XƏBƏRDARLIQ - “Bunun əvəzini ağır şəkildə ödəyəcək”
04 İyun 2025 Fransada islamofobiya davam edir - Yenə Qurani-Kərim yandırıldı
03 İyun 2025 ABŞ ordusu bu ölkədən ÇIXIR - Bazalar BAĞLANIR
03 İyun 2025 Cavab verə bilməsək, ABŞ-ın iqtisadi mövcudluq şansı qalmayacaq – Tramp
03 İyun 2025 Ermənistanda iqtidar-kilsə savaşı qızışır - terror işə düşsə...
03 İyun 2025 Müharibə daha amansız olacaq - Orban
03 İyun 2025 İranın Azərbaycana təyin etdiyi səfirin adı açıqlandı
03 İyun 2025 Kremlə daha şans verilməyəcək: Rusiyanın hərbi potensialı tam sıradan çıxarılacaq
02 İyun 2025 İstanbul danışıqlarında Kiyev tərəfi sülh sənədini təqdim etdi
02 İyun 2025 "NATO Moskvanı yerin dibinə soxdu, Rusiya hələlik susur"
02 İyun 2025 Hindistan Türkiyə şirkətləri ilə müqavilələri ləğv etdi – Yeni Dehli düşmənçilik yolu tutdu
02 İyun 2025 Tramp: Bu ABŞ-ın iqtisadi çöküşü olacaq
02 İyun 2025 KİV: Ukrayna hücumlar barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib

Xəbər lenti