|
ABŞ Prezidenti Donald Tramp Brüsseldə Almaniyanı tənqid atəşinə tutub.
Axar.az xəbər verir ki, NATO Baş katibi Yens Stoltenberqlə birlikdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidentinin rəsmi Berlin haqqında dediyi sözlər qalmaqal yaradıb.
Berlin hökumətinin təcili şəkildə müdafiə xərclərini artırmasını istəyən Tramp, Almaniyanın hazırda Rusiyanın əsiri olduğunu söyləyib.