|
Almaniya Rusiyadan qaz tədarükünə görə tam asılıdır.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberqlə görüşü zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
“Rusiya Almaniyanı tam nəzarətdə saxlayır. Yeni boru kəmərinin tikilişi ilə bu ölkənin qazının 70%-i Rusiyadan tədarük ediləcək. Berlin milyardlarını Moskvaya ödəyir, amma onu Rusiyadan biz qoruyuruq”, - o bildirib.