Los-Ancelesdə komendant saatı tətbiq edilib

İmmiqrasiya reydlərinə qarşı etirazlar fonunda Los-Ancelesin mərkəzi hissəsində komendant saatı elan edilib.

Komendant saatı şəhər meri Karen Bass və polis rəisi Cim Makdonnel tərəfindən elan edilib.

Mer Bass bildirib ki, komendant saatı axşam saat 20.00-dan səhər 06.00-dək qüvvədə olacaq. “Komendant saatı bir neçə gün davam edəcək”, - Bass bildirib.

O, şəhərə ciddi ziyan dəydiyini, lakin komendant saatının yalnız bir kvadrat mil əraziyə şamil edildiyini söyləyib. Bass əlavə edib ki, komendant saatının tətbiqi bu ərazilərdə yaşayan sakinlərə və akkreditə olunmuş media nümayəndələrinin fəaliyyətinə maneçilik yaratmayacaq.

Polis şefi komendant saatının bir neçə gün davam edən iğtişaşlardan sonra insan həyatını xilas etmək və əmlakı qorumaq üçün lazım olduğunu söyləyib. Onun sözlərinə görə, şənbə günü 27, bazar günü 40, bazar ertəsi 114, çərşənbə axşamı isə 197 nəfər həbs edilib.

Mer Bass prezident Donald Trampı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən qeyri-qanuni mühacirlərə qarşı reydləri dayandırmağa çağırıb. O, məsələni müzakirə etmək üçün Trampla əlaqə saxlamağa çalışdığını bildirib.

12 İyun 2025 Mask Trampdan niyə üzr istədi? – Gücü (və digər sinonmləri) çatmadı...
12 İyun 2025 Pezeşkian: Onlar kimdir ki, heç vaxt boyun əyməyəcəyik
12 İyun 2025 Putin: Rusiya dünyada 95%-lik nüvə triadasına sahibdir
12 İyun 2025 “İran əks-hücum planı hazırlayıb”
12 İyun 2025 İsrail İrana qarşı hərbi əməliyyata hazırlaşır?
12 İyun 2025 İrana zərbəyə tam hazırlıq: Vaşinqton əks-hücum gözləyir
12 İyun 2025 Paşinyan əsas “erməni terror yuvası”nı dağıdır: Ermənistanda daxili “partlayış” qaçılmazdır
11 İyun 2025 ABŞ İranı vurmağa hazırdır: Hücum planı Trampın masasında
11 İyun 2025 Putin Türkiyədən bu iki səbəbdən üz döndərdi
11 İyun 2025 Dərhal həbs olunacaqlar – Tramp xəbərdarlıq etdi
11 İyun 2025 Konqres Baydenin əməkdaşlarına qarşı HƏRƏKƏTƏ KEÇDİ
11 İyun 2025 ABŞ və Rusiya Türkiyədən ÜZ DÖNDƏRDİ - “Gərginlik yaradan amillərin...”
11 İyun 2025 Fitsodan Rusiya açıqlaması: AB bunu etməsə...
11 İyun 2025 ABŞ və Çin arasında ticarət danışıqları “yaxşı gedir” – Neft qiymətləri yüksəldi
10 İyun 2025 ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı
10 İyun 2025 Rusiya bizə hücum edəcək - NATO
10 İyun 2025 Azərbaycana dil uzadan Putinin köməkçisi əslində KİMDİR?
10 İyun 2025 İran sənədləri ələ keçirdikdən sonra hədələdi: İsrailin gizli obyektlərinə zərbə...
10 İyun 2025 Kreml Ramzan Kadırovun istəyinə etiraz edir, amma... - The Times
10 İyun 2025 Ərdoğanın səhhəti ilə bağlı yayılan xəbərə RƏSMİ AÇIQLAMA

Xəbər lenti