|
Türkiyədən on biznesmen Krıma səfər edəcək.
Axar.az xəbər verir ki, bunu hazırda Krımda olan “Rusiya-Krım-Türkiyə” hərəkatının rəhbəri Yazdan Qaya jurnalistlərə açıqlamasında deyib.
“Krım Türkiyə üçün vacib ərazi, vacib ticarət tərəfdaşıdır. Ona görə də biz Krımla, Rusiya ilə münasibətləri yoluna qoymaya bilmərik. İnvestorlar Krıma gəlməyə hazırdır. Mən Krıma müəyyən missiya ilə gəlmişəm və 4 gün ərzində investorlar üçün layihələri tədqiq edəcəyəm. Bundan sonra Krıma investorlarla gələcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır.