Son günlər Ermənistanın Fransa, Yunanıstan və başqa ölkələrlə hərbi blok yaratmaq istəyi doğru addım deyil. Ermənistanın müxtəlif ölkələrlə hərbi birlik yaratmaq ideyası nə onun özü, nə də regionumuz üçün yaxşı əlamət deyil.

Bu sözləri Azərtac-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib.

Onun sözlərinə görə, bu cür hərbi blokların yaradılması Ermənistan təhlükəsizliyinə xidmət etmir. Əgər Ermənistan təhlükəsizliyinə xaricdən dəstək almaq istəyirsə NATO-ya üzv olmalıdır. Ona görə ki, NATO-nun prinsipləri başqadır. NATO təhlükəsizliyi qoruyacaq və eyni zamanda, Ermənistana qonşu ölkələrə qarşı hərbi təcavüz və işğalçılıq siyasəti yürütməyə imkan verməyəcək.

Politoloq hesab edir ki, Fransa və Yunanıstanın Ermənistana hərbi birlik təklif etməsi də başa düşüləndir. Fransa və Yunanıstan çoxdandır ki, Cənubi Qafqaza daxil olmaq, burda söz sahibinə çevrilmək istəyirlər. Azərbaycan və Gürcüstan bu məsələdə onlarla həmfikir deyil. Ermənistan isə heç zaman müstəqil siyasət yeritmədiyi üçün onlara verilən hər bir vədə inanır və boyun əyir. Amma bu da Ermənistana öz çirkin niyyətini həyata keçirməyə imkan verməyəcək.

Onun sözlərinə görə, Ermənistanda əksər dairələr də artıq başa düşürlər ki, işğalçılıq siyasətinin əhəmiyyəti yoxdur və bu siyasət yalnız ölkənin özünə ziyan vuracaq. Burada digər maraqlı məsələ isə Ermənistanın Rusiyadan ayrılmaq istəyidir. Rusiyanı onu “satmaqda” ittiham edən Ermənistan hökumətinin son bəyanatları, Rusiya hərbçilərinin və sərhədçilərinin sıxışdırılması bunu açıq-aydın göstərir. Ermənistan hazırda yalnız Rusiyanın mövqeyinin dəyişəcəyindən və sərtləşəcəyindən qorxduğu üçün Fransa, Yunanıstan və digər ölkələrdən dəstək almağa çalışır.

“Bunun da hansı nəticələr verəcəyini gələcək göstərəcək. Düşünmürəm ki, Ermənistanın indiki siyasəti ona uğur gətirsin. Ən böyük uğur sülh və təhlükəsizlikdir. Ermənistan işğalçılıq siyasətindən nə qədər tez əl çəkib, sülh müqaviləsi imzalasa, bir o qədər tez müstəqil dövlət kimi inkişaf edəcək”, - deyə T.Txilava vurğulayıb.

25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?
25 Aprel 2025 İsrail Qəzzada döyüşləri gücləndirəcək
24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq

Xəbər lenti