|
NATO sammiti çərçivəsində İraq Baş naziri Heydər Abadi ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş baş tutub.
Axar.az xəbər verir ki, rəsmilər İraqdakı durum və İŞİD-ə qarşı mübarizə ilə bağlı fikir mübadiləsi aparıblar.
“Dövlət katibi İŞİD-lə mübarizədə İraq xalqına və ümumən bizə dəstəyini ifadə edib. Pompeo İraqın NATO-dan dəstək istəyini məmnuniyyətlə qarşılayıb və sammitdə açıqlanan İraqda təlim missiyasını tam dəstəkləyib”, - deyə İraq tərəfinin yaydığı məlumatda bildirilib.