|
Çinin Yanqçun bölgəsində kimyəvi maddələr istehsal edən müəssisədə partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi informasiya yayıb.
Məlumata görə, “Yibin Henqda” adlı texnologiya şirkətinə məxsus müəssisədə baş vermiş partlayış zamanı 19 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Faktla bağlı cinayət işi açılıb.