|
ABŞ Prezidenti Donald Tramp Avropanı ticarət vasitəsilə destabilizasiya etməyə çalışır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər naziri Jan İv Le Drian deyib. Onun sözlərinə görə, məhz Trampın ucbatından İqlim sazişi, İranla razılaşma ləğv edilib:
“Avropaya münasibətdə o, daha çox, ticarət məsələsində addımlar atır ki, regionu destabilizasiya etsin. Lakin Avropa buna imkan verməyəcək!”