ABŞ-la danışıqlar aparmasının İran üçün heç bir əhəmiyyəti yoxdur.

 

Axar.az xəbər verir ki, bunu “Valday” klubunda çıxışı zamanı İran Ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti deyib.

“Danışıqlar üçün heç bir əsas yoxdur. Güvənilməsi mümkün olmayan insanla necə danışıqlar aparmaq olar”, – deyə o bildirib.

Onun sözlərinə görə, İran gərək onunla imzalanan nüvə razılaşmasından fayda götürsün, əks təqdirdə bu razılaşmanın heç bir əhəmiyyəti yoxdur:

“Öhdəliklərimizi pozmuruq və razılaşmaya sadiqliyimizi davam etdiririk. İran bu razılaşmanı öz nüvə fəaliyyətini məhdudlaşdırmaq qarşılığında iqtisadi fayda götürmək üçün imzalayıb. Amerikalılar öz öhdəliklərini daim pozurlar. Biz bu razılaşmadan iqtisadi fayda götürməliyik. Burada qalıb, fayda götürməməyin mənası yoxdur”.

O, İranın Suriyadakı mövcudluğunu qoruyub saxlayacağını da söyləyib:

“İran hərbi məsləhətçiləri Suriyada qalacaq. Biz olmasaq, buradan Rusiya da gedəcək və terrorçular yenidən aktivləşəcək. İran Suriyada Dəməşqin dəvəti ilə vuruşur. Bizi ABŞ bura dəvət etməyib ki, o da buradan getməyimizi istəsin.

Suriyadakı mövcudluğumuzun İsraillə heç bir əlaqəsi yoxdur”.

06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...
06 May 2025 Fransada təhlükəsiz yer qalmayıb – Ədliyyə naziri
06 May 2025 Britaniya və Fransadan Rusiyaya çağırış
06 May 2025 Tramp 9 May Qələbə Gününü ABŞ-də milli bayram elan etdi
06 May 2025 Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...
06 May 2025 Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib – Qızıl Aypara Cəmiyyəti
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
05 May 2025 Rusiyanın səfirliyinə tüpürən vəkilə 8 min dollarlıq cərimə – İsveçrədə qalmaqallı hadisə
05 May 2025 Şamda silahlar təhvil verilir – Druzi liderlərlə Suriya hökuməti arasında razılaşma
05 May 2025 Tramp: Putinin istəyi budur, mən olmasaydım...
05 May 2025 Netanyahudan TƏCİLİ AÇIQLAMA: "İrana CAVAB VERƏCƏYİK!"
05 May 2025 "8 il prezident olacağam" - Tramp
03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı

Xəbər lenti