Moskva və Tehranın Türkiyə isterikası: Xəyanət edən kimdir…

Suriyada Əsəd rejiminin süqutu ilə bölgədə dayaqlarını və təsir imkanlarını itirən Moskva ilə Tehran Əsədi yanlış siyasət yürütməkdə, ordusunun müxalifət güclərə qarşı dirəniş göstərə bilməkdə ittiham etməkdədir. 

Moskva və Tehran isterik vəziyyətdə Qərblə yanaşı, Türkiyəni də hədəf seçərək Suriyadakı son hadisələrə görə günahlandırırlar.

Rusiya rəhbərliyinin isterik durumda olması Kremlə yaxın olan politoloqların da verdikləri açıqlamalarda və bəyanatlarda da açıq şəkildə özünü büruzə verməkdədir.

Putinin fikir atası hesab edilən rusiyalı politoloq Aleksandr Duqin Suriyada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyə və prezident Ərdoğanı xəyanətdə ittiham edərək hədələyici mesajlar verib. Duqin daha uzaqlara gedərək Suriyadakı son hadisələrdə Ankaranın oynadığı rolun Türkiyə üçün tələ olduğunu və Mustafa Kamalın Türkiyəsinin sonunun başlaması kimi dəyərləndirib. Türkiyəyə qarşı hədədən belə çəkinməyən Putinin fikir atası Duqin bu mövqeyinə görə, Türkiyəni peşman edəcəkləri ilə hədələyib.

Lakin Duqin çox keçməmiş verdiyi bu mesajların yanlış olduğunu və ünvanı düz seçmədiyinin fərqində olduğunu anlayıb. O növbəti açıqlamasında Rusiyanın Türkiyəyə hər hansı bir zərər verməyəcəyini qətiyyətli şəkildə bəyan etsə də, üzrü günahından betər olan növbəti bir yanlışlığa yol verib. O qeyd edib ki, Ankara bu addımından sonra çətin vəziyyətə düşdükdə Moskvanın dəstəyinə ümid etməsin. 

Keçək əsas mətləbə: Suriya böhranın həll olunmaması və nəticədə Əsəd rejiminin devrilməsi, Moskva və Tehranın günahıdır, yoxsa Ankaranın.

Ankara, Moskva və Tehran Suriya böhranını həll etmək məqsədilə 2017-ci ildən etibarən Astana prosesi formatında əməkdaşlıq etməkdədir. Ankaranın Astana prosesi formatında Suriya probleminin həlli və nəhayətində bölgədə dayanıqlı sabitliyin təmin olunması istiqamətində irəli sürdüyü təkliflər nəzərə alınmadı. 

Nəhayətində 2023-cü ildə Türkiyə  tərəfi Dəməşqlə Ankara arasında münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüslə çıxış etdi. Türkiyə, Rusiya, Suriya və İran tərəfinin iştirakı ilə bir neçə görüş keçirilsə də, bu görüşlər nəticəsiz bitdi. Əgər zamanında Ankaranın Suriya böhranının həlli ilə bağlı irəli sürdüyü təkliflər nəzərə alınsaydı, o zaman vəziyyət bu həddə gəlib çatmazdı. Çünki həm Moskvanın, həm də Tehranın Əsəd rejiminə təsir və təzyiq imkanları yetərincə idi.  Lakin bunu etmədilər. Əksinə, Moskva və Tehran səhnə arxasında istər Əsəd rejimini, istər terror təşkilatı olan PKK/YPG/PYD, istərsə də təsir imkanları olan qüvvələri Ankara ilə normal münasibətlər qurmaqdan çəkindirdi, eyni zamanda, Türkiyəyə qarşı çirkin oyunların iştirakçısı olmağa təşviq etdilər.

Təbii ki, Ankara da bütün bunları görürdü və bildirdi. Ankara bağlı qapılar arxasında nəticələrin Moskva və Tehranı ziyanına olacağı barədə xəbərdarlıqlar etsə də, qarşı tərəf bunlardan nəticə çıxarmadı. Nəticə görməyən Ankara Türkiyənin təhlükəsizlik sisteminə təhdid yaradacaq təhlükələrin, o cümlədən bölgədə problemin həlli istiqamətində alternativlərə əl ataraq hazırlığa başladı. Və bunun üçün münasib zamanı gözlədi. Zamanı yetişən kimi, proses plana uyğun şəkildə qısa zamanda ciddi problem yaşanmadan uğurla həyata keçirildi.

Təbii ki, Moskva və Tehranı narahat edən məsələlərdən biri də Ankaranın mürəkkəb qlobal geosiyasi mübarizə fonunda proseslərə çevik reaksiya verib Türkiyənin milli maraqlarına uyğun mahir oyun qurmaq bacarığıdır. Yəni Ankaranın istənilən qlobal oyunçunu "pat vəziyyətinə" salaraq Türkiyə ilə hesablaşdırmaq zorunda qalmağı bacarmaq qabliyyətidir. Bu özünü Suriyadakı son hadisələrdə bir daha sübut etdi. Əgər Ankara əvvəlki mərhələdə proseslərin yedəyində gedirdisə, indiki mərhələdə prosesləri yönləndirici qismində çıxış edir. Bu isə Ankaranın nəinki Suriyada, bütövlükdə Yaxın Şərqin yenidən dizayn edilməsində ciddi rola malik bir actor olduğunu sübut etdi, həmçinin o, mövqeyi nəzərə alınmadan bölgədə hər hansı proseslərin mümkünsüzlüyünü ortaya qoydu.

Duqinin açıqlamasında digər mühüm məqam ondan ibarətdir ki, Moskva bundan sonra da bölgədə sabitliyin yaranmaması və Türkiyəyə qarşı çirkin planlarını həyata keçirmək üçün terror təşkilatı olan PKK/YPG/PYD-nin və bəzi ərəb ölkələrinin "rolundan" faydalanacaq. "İslamçılıq Türkiyənin düşmənidir. Ərəb bölgəsi Türk liderliyi ilə heç vaxt anlaşa bilməz. Qərbin dəstəyi ilə Suriyadakı kürdlər öz güclərini möhkəmləndirməyə çalışacaqlar", - fikrini səsləndirməsi bunun sübutudur. 

Bu fikir onu deməyə əsas verir ki, əslində, Moskva hər zaman Ankaraya xəyanətkar mövqe sərgiləyib, Ankara yox. Bundan sonra da terror təşkilatı olan PKK/YPG/PYD və digər kartlardan istifadə etməklə indiyədək olduğu kimi, bundan sonra da Qərblə birlikdə Ankaraya qarşı birgə oynayacaq. Bunun üçün Kreml Moskvaya sığınan PKK/YPG terrorçularından, Əsəd rejiminin qalıqlarından və digərlərindən "faydalanacaq".

Amma Kreml onu da unudur ki, yalnız Ankara ilə birgə əməkdaşlıq nəticəsində bölgədə maraqlarını təmin edə bilər, nəinki ona badalaq gəlməklə.

Özünü Kremlin fikir atası hesab edən Duqin onu da yaxşı anlamalıdır ki, Rusiyanın indiki üzləşdiyi vəziyyətdə Moskva və Ankara arasında münasibətləri gərginləşdirmək onların xeyrinə deyil. Münasibətlərin gərginləşdirilməsi yalnız və yalnız Kremlin ziyanınadır. Kreml inciyib ittiham etməkdənsə, öz buraxdığı səhvlərdən nəticə çıxarması yaxşı olar.

Son olaraq onu da qeyd etmək lazımdır ki, Türkiyə başqaları kimi rahat həzm oluna və ya udula biləcək tikə deyil. Bunun üçün istər Osmanlı, istərsə də Türkiyə Cümhuriyyəti tarixinə diqqət yetirmək kifayətdir. Zəiflədiyi mərhələlər olub, lakin məğlub vəziyyətə düşdüyü və ya xəritədən silinməsi olmayıb, yenidən ayağa qalxıb. Kimin necə düşünməsindən asılı olmayaraq bu gün Türkiyə qlobal geosiyasi proseslərdə dünyanın əsas aktorlarından biri rolunda çıxış edən ölkələrdən biridir.

11 Dekabr 2024 Əsədin qaçması ilə bağlı SENSASİON İDDİA: İsrailə verdiyi GİZLİ SİYAHI - ŞOK DETALLAR
11 Dekabr 2024 Xameneyi sükutu pozdu: Əsədi bu üç ölkə yıxdı
11 Dekabr 2024 Blinken Türkiyəyə gedir
11 Dekabr 2024 Hakan Fidan: Bakı ilə İrəvan arasındakı sülhün təmin edilməsinin son mərhələsindəyik
11 Dekabr 2024 Suriyada hərbçilər üçün amnistiya elan edildi
10 Dekabr 2024 İsrail ordusu Dəməşqə yaxınlaşır: Ən böyük hücum əməliyyatı...
10 Dekabr 2024 Əsədin neçə milyard dollarla qaçdığı bəlli oldu
10 Dekabr 2024 Ağ Ev İsrailin Suriyanı işğalına və PKK/YPG-yə dəstəyini açıqladı
10 Dekabr 2024 Baqratyan: Paşinyan azərbaycanlıların burada yaşamasını istəyir
10 Dekabr 2024 Rusiya televiziyaları Suriyadakı uğursuzluğa görə günahkarı tapdılar
10 Dekabr 2024 Almaniya vətənlərinə qayıtmaq istəyən suriyalılara bu qədər pul təklif etdi
10 Dekabr 2024 Dəməşq düşdü, Əsəd getdi: İndi Suriya və HTŞ üçün hansı ssenarilər var?
10 Dekabr 2024 Dünya ölkələrindən Əsədin devrilməsinə REAKSİYA: "Putin ona güvənənlərə həmişə..."
09 Dekabr 2024 Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, biri general olmaqla, beş nəfər ölüb
09 Dekabr 2024 Münbiç terrorçu PKK/YPG-dən təmizlənərək nəzarətə götürülüb
09 Dekabr 2024 Baydendən Əsəd açıqlaması: Əsəd rejimi nəhayət...
09 Dekabr 2024 Ərdoğan: Dünya liderləri arasında bir mən qaldım, bir də Putin
09 Dekabr 2024 İsrail ordusu Suriyanın bu ərazilərini ələ keçirdi
09 Dekabr 2024 Rəqəmsal dövrün həqiqət böhranı: süni intellekt və dezinformasiya təhdidləri
09 Dekabr 2024 Ərdoğandan futbol açıqlaması: "Təəssüf, bu vəziyyətdən çıxmalıyıq"

Xəbər lenti