Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan

Təbii ki, Suriyada baş verən hadisələr fonunda İsrail və Türkiyənin uğurları bölgəmizə doğru hərəkət edəcək. Türkiyə, İsrail və onların müttəfiqləri - yəni Azərbaycan - ətrafımızda cərəyan edən regional proseslərdə daha inamlı mövqedən çıxış edəcək.

Axar.az xəbər verir ki, bu sözləri erməni ekspert Şiraz Xaçatryan yerli mediaya geniş müsahibəsində deyib.

O bildirib ki, Rusiya və İranın Suriyada faktiki məğlubiyyəti fonunda xüsusilə Türkiyənin təsir imkanlarının son dərəcə genişlənməsi regional tənzimləmədə əhəmiyyətli dəyişiklik deməkdir:

“Hazırda regionumuzda daha aktiv addımlar atmaq, böyük oyunçularla yeni sövdələşmələr aparmaq üçün Türkiyənin əla fürsəti yaranıb. Deməli, Suriyada hərbi və siyasi baxımdan yekun nizamlanmadan sonra bölgəmizdə maraqlı inkişaflar başlaya bilər”.

Onun sözlərinə görə, Suriyada müxalifətin hakimiyyətə gəlməsi ilə İran Hizbullaha çatmaq üçün əsas quru yolunu, eyni zamanda, bu ölkədə İsraillə döyüşmək imkanı olan proksilərini itirdi:

“Bundan əlavə, İranın Aralıq dənizinə çıxışı daha da çətinləşdi və məhdudlaşdı. Deməli, Əsədin gedişi vəziyyəti kökündən dəyişir və İranın bölgədəki mövqeyi zəifləyir, o özünün proksi qüvvələri ilə əlaqədən və kommunikasiyalara nəzarətdən məhrum olur.

Hazırda görünən odur ki, ABŞ və kollektiv Qərb müttəfiqləri Türkiyə və İsrail timsalında Suriyada ciddi uğurlar qazanıb, orada Rusiya və İranın mövqelərini zəiflədiblər. Xüsusilə də Türkiyənin Yaxın Şərqdə uğurları bölgəmizdə davam edəcək. Necə, hansı alətlərlə və hansı məsələlər çərçivəsində? Aydındır ki, Türkiyə üçün ilk və əvəzolunmaz layihələrdən biri Zəngəzur dəhlizidir. Türkiyə də dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi ilə bağlı problem Ermənistanda deyil, İrandadır. Və hadisələrin necə inkişaf edəcəyi, Suriyadan sonra Yaxın Şərqdə hansı hərbi-siyasi vəziyyətin yarana biləcəyi, İranın ətrafındakı halqanın necə daralacağı və İranın bu çağırışlara necə reaksiya verəcəyi məsələsi var”.

O, təəssüflə qeyd edib ki, artıq İran ətrafında dairə daralır.

18 Dekabr 2024 Tehrandan Suriyaya şok tələb: Qaytarın!
18 Dekabr 2024 Ukrayna seçkiləri gündəmdə: Zelenski qəzəbləndi
18 Dekabr 2024 İlon Mask: "Dərin dövlətin axırına çıxacağam"
18 Dekabr 2024 KİV: Ukraynadakı müharibə son mərhələyə qədəm qoyur
18 Dekabr 2024 Böyük Britaniya yeni sanksiyalarla RUSIYANİ VURDU
18 Dekabr 2024 Əsədin devrilməsi: İrəvana və Bakıya təsirləri
17 Dekabr 2024 Bəşər Əsəddən sonra Suriyanın BU QƏDƏR qızılı qalıb - ŞOK RƏQƏM
17 Dekabr 2024 Tramp: Türkiyə Suriyanı yenidən quracaq, Ərdoğanla...
17 Dekabr 2024 “Biz evli deyilik” - Paşinyan
17 Dekabr 2024 Suriyanın yeni liderindən dünyaya - Çağırış
17 Dekabr 2024 Moskvada partlayışda general öldü - Video
17 Dekabr 2024 Zelenski Putinlə saziş imzalamağa hazır olmalıdır - ABŞ
17 Dekabr 2024 Aİ Gürcüstan məsələsində riyakarlıq üzrə dünya rekordu qırdı - Siyarto
17 Dekabr 2024 Tramp: Ərdoğan çox ağıllı adamdır
16 Dekabr 2024 Almaniyada siyasi böhran: Hökumət və parlament yenidən qurula bilər
16 Dekabr 2024 Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil
16 Dekabr 2024 İsraildən Qolan təpələri ilə bağlı KRİTİK QƏRAR
16 Dekabr 2024 Bu halda prezidentliyə namizəd olacaq - Culani ŞƏRTİNİ AÇIQLADI
14 Dekabr 2024 Ankara Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi
14 Dekabr 2024 Suriyanın parçalanma planı dövriyyədə: Druzlardan İsrailə çağırış

Xəbər lenti