Avropalı deputat Trampa "rədd ol!" dedi, hədələndi - Video

Danimarkanın Avropa Parlamentinə üzv olan deputatı Anders Vistisen Qrenlandiyanı ölkəsinə qatmaq istəyən ABŞ prezidenti Donald Trampın ünvanına səsləndirdiyi ifadələr parlament tərəfindən sərt reaksiya qarşılanıb.

Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin Baş Assambleyasının iclasında çıxış edən Vistisen parlament tribunasından Qrenlandiyaya iddiasına görə Trampı lənətləyib.

"Hörmətli prezident Tramp, lütfən, diqqətlə dinləyin. Qrenlandiya 800 ildir, Danimarka Krallığının tərkibindədir. Bu, ölkəmizin ayrılmaz hissəsidir. Satılmır. İcazə verin, bunu başa düşə biləcəyiniz şəkildə ifadə edim. Hörmətli Tramp, rədd olun.... gedin", - danimarkalı deputat deyib.

Avropa Parlamentinin sədr müavini Nikolae Stefanuta bu çıxışa etiraz edərək parlamentdə Trampa qarşı belə ifadələr işlətməsinin qəbuledilməz olduğunu bildirib. O əlavə edib ki, belə ifadələr işlədilməsinin nəticələri olacaq. "Demokratiya parlamentində belə bir şey qəbuledilməzdir. Cənab Tramp haqqında nə düşünürük, düşünək, amma belə bir dildən istifadə etmək mümkün deyil", - Stefanuta bildirib.

Vistisen daha sonra sosial mediada yayımladığı açıqlamasında Avropa Parlamentində Tramp haqqında işlətdiyi ifadələrə görə cərimə olunacağı ilə hədələndiyini bildirib. "Tramp haqqında həqiqəti ifadə edəndə cəza ilə üzləşirsiniz", - danimarkalı deputat yazıb.

29 Yanvar 2025 Putin konkret vaxt açıqladı: Hər şey bu müddətə...
29 Yanvar 2025 Fransa ABŞ-ı HƏDƏLƏDİ - Qoşun göndərəcəyik
29 Yanvar 2025 Makrondan ETİRAF: "Başqa seçimim yox idi"
28 Yanvar 2025 Bizi yayındırırlar, döyüş yeri buradır - Mübarizə gedir
28 Yanvar 2025 "The Coca-Cola Company"nin 6 ölkədəki məhsulları bazardan yığışdırıldı - Səbəb
28 Yanvar 2025 Tramp tezliklə Netanyahu ilə görüşəcək
28 Yanvar 2025 Azərbaycanı təhqir edən imam vəzifədən çıxarıldı
28 Yanvar 2025 Ərdoğan erməni katolikosla görüşdü
28 Yanvar 2025 Ayşe Barım həbs olundu, məşhur aktyorlar barədə araşdırma başladıldı
28 Yanvar 2025 Qərb dalana dirəndi: Ukrayna alver predmeti oldu - DETALLAR
27 Yanvar 2025 Qərbin Ankara planı: Paşinyan gedəcək və... - Zakaryan
27 Yanvar 2025 İsrail qərar verdi: Ordu geri çəkilir
27 Yanvar 2025 Tramp bunu edərsə, ABŞ çökəcək - Bloomberg
27 Yanvar 2025 Tramp Mərkəzi Amerikanı cəzalarla əzir: yeni və heyrətamiz sanksiyalar
27 Yanvar 2025 Belarusda prezident seçkisi başa çatdı - Lukaşenko qalib gəldi
25 Yanvar 2025 Lavrovdan İrəvana XƏBƏRDARLIQ: O zaman bir neçə soyuq qışa hazır olun
25 Yanvar 2025 Putin: Trampın qələbəsi "oğurlanmasaydı", Ukrayna böhranı baş verməzdi
24 Yanvar 2025 Öcalan PKK-nin buraxılmasını bu tarixdə bəyan edəcək
24 Yanvar 2025 Lavrovla Mirzoyan 3 saat qapılar arxasında nədən danışdı?
24 Yanvar 2025 Ayşe Barım saxlanıldı

Xəbər lenti