“Google”dan Trampın qərarına reaksiya: xəritələrə düzəliş ediləcək

“Google Maps” xidmətində ABŞ-dan olan istifadəçilər xəritədə Meksika körfəzi əvəzinə “Amerika körfəzi”, Denali dağı əvəzinə isə “Mak-Kinli dağı” coğrafi adlarına rast gələcəklər. Bu yenilik ABŞ Prezidenti Donald Trampın müvafiq fərmanı qüvvəyə mindikdən sonra tətbiq ediləcək.

Publika.az xəbər verir ki, bu barədə “Google” şirkətindən məlumat verilib.

Bildirilib ki, şirkət rəsmi dövlət mənbələrinə daxil edildikdən sonra yeni adlardan istifadə etməklə bağlı mövcud təcrübəyə sadiq qalacaq. İndiki halda söhbət coğrafi adların məlumat sistemindən (GNIS) gedir.

“Baş verəndən sonra biz tez bir zamanda ABŞ-dakı “Google Maps” xidmətini yeniləyəcəyik ki, Mak-Kinli dağı və Amerika körfəzi xəritədə görünsün”, - deyə şirkətin məlumatında qeyd olunub.

Eyni zamanda, “Google” şirkətinin bəyanatında vurğulanıb ki, Meksikadan olan istifadəçilər xəritədə ölkələrində qəbul edilmiş körfəzin əvvəlki adını görəcəklər. Çünki rəsmi adlar ölkələrə görə dəyişəndə digər dövlətlərin istifadəçiləri hər iki adı görürlər. Obyektlərin adlarının hansı ardıcıllıqla göstəriləcəyi ilə bağlı “Google” dəqiq məlumat verməyib.

01 Fevral 2025 ABŞ-də daha bir təyyarə qəzası - VİDEO
31 Yanvar 2025 Torosyan: "Erməni soyqırımı" kimi xülyalarla nə qədər yaşamaq olar…
31 Yanvar 2025 Suriya lideri yaxın vaxtlarda Ərdoğanla görüşəcək
31 Yanvar 2025 Əslində 7 deyil, 6 qitə var imiş - Nə baş verir?
30 Yanvar 2025 Artıq beynəlxalq nizam yox, güclülərin hökmranlığı var - Politoloq
30 Yanvar 2025 Nazir: Tbilisi İrəvanla Bakıya kömək etməyə hazırdır
30 Yanvar 2025 Anti-Azərbaycan mövqeyi ilə tanınan senator 11 il azadlıqdan məhrum edildi
30 Yanvar 2025 Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
30 Yanvar 2025 Helikopterlə sərnişin təyyarəsi toqquşdu - Ölənlər var - VİDEO
30 Yanvar 2025 Əhməd əl-Şaraa Suriyanın Prezidenti elan edildi
29 Yanvar 2025 Putin konkret vaxt açıqladı: Hər şey bu müddətə...
29 Yanvar 2025 Fransa ABŞ-ı HƏDƏLƏDİ - Qoşun göndərəcəyik
29 Yanvar 2025 Makrondan ETİRAF: "Başqa seçimim yox idi"
28 Yanvar 2025 Bizi yayındırırlar, döyüş yeri buradır - Mübarizə gedir
28 Yanvar 2025 "The Coca-Cola Company"nin 6 ölkədəki məhsulları bazardan yığışdırıldı - Səbəb
28 Yanvar 2025 Tramp tezliklə Netanyahu ilə görüşəcək
28 Yanvar 2025 Azərbaycanı təhqir edən imam vəzifədən çıxarıldı
28 Yanvar 2025 Ərdoğan erməni katolikosla görüşdü
28 Yanvar 2025 Ayşe Barım həbs olundu, məşhur aktyorlar barədə araşdırma başladıldı
28 Yanvar 2025 Qərb dalana dirəndi: Ukrayna alver predmeti oldu - DETALLAR

Xəbər lenti