Zelenski Ərdoğandan nə istəyib? - Türk Dövlətləri məsələsi...

"Zelenskinin Türkiyə səfərini bir neçə kontekstdə dəyərləndirmək olar. Birincisi, Rusiya və ABŞ danışıqlarına Türkiyə üzərindən alternativin yaradılmasıdır. Belə bir alternatin yaradılması Ukrayna hakimiyyətinə imkan verir ki, Amerikanın qurduğu masadan yayına bilsin. Və yaxud da öz maraqlarının təmin edilməsi üçün belə bir alternatin olduğunu nümayiş etdirsin. İkincisi isə odur ki, Rusiya-Amerika danışıqlarında Türkiyənin dəstəyini əldə etmək məsələsidir. Güman ki, Zelenski Ərdoğandan bunu istəyir. Türkiyənin belə bir dəstək verməsi və yaxud da prosesə qoşulması bütün hallarda Ukraynanın mövqelərini gücləndirə bilər. Üçüncü əsas məsələ atəşkəsin edilməsindən sonra Ukraynanın təhlükəsizliyinin hansı formada təmin edilməsidir".

Bu sözləri açıqlamasında politoloq Asif Nərimanlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünü şərh edərkən deyib.

Onun fikrincə, Amerika öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil:

"Avropanın özündə də bununla bağlı fikir ayrılıqları var. Bu halda Ukraynanın təhlükəsizliyinin necə olacağı sual altına düşür. Ukraynanı faktiki NATO-ya qəbul etmirlər. Zelenski məhz Ərdoğanla bu məsələni müzakirə edib deyə düşünürəm. Türkiyənin bu məsələdə Ukraynaya dəstəkləməsi və Qərbin, xüsusən NATO-dakı müttəfiqlərinin mövqeyinə təsir etməyini istəyib. Zelenski Ankarada da açıq şəkildə bildirir ki, onlar Amerikanın, Avropa İttifaqının və Türkiyənin iştirakı ilə təhlükəsizlik zəmanəti istəyirlər. Türkiyənin həm istər danışıqlar prosesində, həm də təhlükəsizliyinin təmin edilməsi məsələsində dəstək verməsi, Qərb cəbhəsində Ukrayna ilə bağlı olan mövqeyə təsir edə və əlini gücləndirə bilər. Hesab edirəm ki, əsas məsələ bunun üzərində qurulur.

Digər tərəfdən, Türkiyənin Rusiya ilə yaxşı münasibətləri var. Rusiya-Ukrayna müharibəsinin getdiyi vaxt ən uğurlu vasitəçiliyi məhz Türkiyə edib. Türkiyə bu prosesdə ən unikal tərəfdir. Təbii ki, Türkiyə prosesə qoşulacaqsa, alternativ imkanlar yaranır ki, ən azından Ukraynanın mövqeləri nəzərə alınsın".

Politoloq qeyd edib ki, danışıqlar prosesini Amerika başladıb və onun gündəliyindən kənar alternativ masaları, müzakirə platformalarını qəbul etməyəcək:

"Amma bütün hallarda belə bir alternativin irələ sürülməsi qeyd etdiyim kimi, Ukraynanın da mövqeyinin nəzərə almasına şərait yarada bilər. Hərbi əlaqələrin inkişafı məsələsinə gəldikdə, hesab edirəm ki, müharibənin başa çatdırılması istiqamətində atılan addımlarda Türkiyənin Ukrayna üçün hərbi baxımdan edə biləcəyi ciddi bir proses yoxdur. Bu, gələcək də ola bilər. Amma indi əsas gündəm deyil.

Əsas gündəm Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlardır. Gələcəkdə sülh əldə edilərsə, Ukrayna öz ordusunu qurmağa başlayarsa, o zaman Türkiyə bu prosesdə Ukrayna üçün ciddi rol oynaya bilər. Bəllidir ki, Ukrayna NATO-ya qəbul edilmir, Avropa İttifaqına qəbul edilməsi hələ də sual altındadır. Amma Ukrayna atəşkəs imzalanandan sonra gələcək xarici siyasətini Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi də davam etdirə bilər. Bu, eyni zamanda Kiyevi Rusiya qarşısında mövqeyini gücləndirə biləcək amildir".

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti