![]() |
|
Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində korrupsiya ilə bağlı başladılan araşdırma çərçivəsində ikinci xüsusi əməliyyat keçirib.
“Habertürk” telekanalı xəbər verir ki, əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb.
Onlardan 18-i məhkəmənin qərarı ilə həbs edilib.
Bundan əvvəl isə aprelin 26-da İstanbul, Ankara və Tekirdağda 47 şübhəli saxlanılmışdı. Bundan sonra isə, hüquq-mühafizə orqanları daha 5 nəfəri həbs etmişdi.
Xatırladaq ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı araşdırma zamanı mart ayında həbs edilmişdi.