|
“Şimal axını 2” qaz kəmərinin tikintisi Ukraynanın iqtisadi və strateji təhlükəsizliyinə zərər vurur.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ bundan sonra da “Şiaml axını 2” layihəsinin dayandırılması üçün Ukrayna ilə birgə çalışacaq.
O, bu kəmərin Avropa dövlətlərinin suverenliyi üçün də təhdid yaratdığını bildirib.