|
Vaşinqtonun Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxmaq qərarı cavabsız qalmamalıdır və qalmayacaq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
"Bir daha vurğulayıram: Bu məsələdə amerikalı tərəfdaşlarla dialoqa hazırıq və onların bu məsələyə məsuliyyətlə yanaşmasına ümid edirik", - Putin vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə ABŞ Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmadan çıxacağını bəyan edib.