|
Bu, uzun zamandır gözlənilən bir hadisə idi.
Layihənin ilk xətti təbii qazın Türkiyəyə təminatı ilə bağlıdır. Bu durumda hər iki ölkənin təhlükəsizliklə bağlı mövqeyi ortadadır.
Axar.az xəbər verir ki, bu sözləri "Türk axını" layihəsinin dəniz hissəsinin tamamlanması ilə bağlı açıqlamasında rusiyalı ekspert Vladimir Feyqin bildirib.
"Türk axını" layihəsinin dəniz hissəsinin tikintisinin yekunlaşması iki ölkənin müştərək nailiyyətidir. Çünki hazırlıq mərhələsində bəzi çətinliklər yaranmışdı, amma bütün çətinliklər dəf edildi", - Feyqin söyləyib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin tikintisinin başa çatmasına həsr olunan tədbirdə iştirak etmək üçün Türkiyəyə gedib. Səfər çərçivəsində Ərdoğanla Putin 1,5 saat qapalı görüş keçiriblər.