|
Donald Tramp administrasiyası Venesuelanı terrorun sponsoru olan ölkələr siyahısına salmaq istəyir.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
Administrasiyanın siyahısına birmənalı şəkildə terror qruplaşmalarının fəaliyyətinə dəstək olan ölkələr (hazırda Şimali Koreya, İran, Sudan, Suriya daxildir) daxil edilib.
Qeyd edək ki, Respublikaçılar Partiyası uzun müddətdir Venesuelanı beynəlxalq terroru dəstəkləməkdə ittiham edir.