|
Yəməndə husilərin silahlı mübarizənin dayandırılması ilə bağlı açıqlaması doğru istiqamədə yönəlmiş addımdır.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Robert Menninq deyib. O bildirib ki, ABŞ bu bəyanatı alqışlayır.
Qeyd edək ki, “Ənsərullah” hərəkatından olan husilər hücumları dayandıracaqları ilə bağlı bir neçə gün öncə açıqlama vermişdilər.
Öz növbəsində Səudiyyə koalisiyası da əməliyyatları dayandırması barədə məlumat yaydı.