|
Səudiyyə Ərəbistanın Xarici İşlər naziri Adil Cübey Adil Cübeyr T r Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Camal Qaşıqçının öldürülməsi əmrinin Səudiyyə hökumətinin yuxarı dairələrindən gəldiyini bilirik” sözlərinə münasibət bildirib.
Axar.az xəbər verir ki, Cübeyr Ərdoğanın nitqində bəhs edilən əmri verən şəxsin vəliəhd olmadığını qeyd edib.
“Türkiyənin ən yüksəkçinli rəsmilərinə bu sözlərin nə anlama gəldiyini soruşduq və bizə qəti bir şəkildə bu şərhdə sözügedən şəxsin vəliəhd olmadığını təsdiqlədilər. Bilirik ki, vəliəhd barəsindəki bu iddiaların əsası yoxdur və biz bu iddiaları qəti şəkildə rədd edirik”, - Cübeyr bildirib.