|
Avropa Birliyinin Baş diplomatı Federika Moqerini Kosovaya müraciət edərək, Serbiya və Bosniya və Hersoqovina mallarına tətbiq edilən 100%-lik gömrük rüsumlarının ləğvini tələb edib.
Axar.az xəbər verir ki, Moqerininin bəyanatı Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Komissarlığının saytında yer alıb.
“Kosova hökuməti dərhal bu qərarı ləğv etməlidir. Bu qərar Mərkəzi Avropada azad ticarət haqqında razılaşmanın pozulması deməkdir”, – deyə o bildirib.