|
İstanbulda terror törətmək istəyən PKK terror təşkilatının qolu olan İnqilabçı Gənclik Hərəkatının 12 üzvü ələ keçirilib.
Axar.az xəbər verir ki, Türkiyə polisi PKK-nın gənclik qanadı sayılan DGH-nin kustar üsulla hazırlanmış bomba və "Molotov kokteyli" ilə terror aksiyasına hazırlaşdığını müəyyən edib.
Terrorla Mübarizə Şöbəsinin əməkdaşları və xüsusi təyinatlı qüvvələrin İstanbulun 6 rayonunda keçirdikləri əməliyyat nəticəsində qruplaşmanın 12 üzvü yaxalanıb.