|
Cəbəllütariqin suverenliyi məsələsində İngiltərənin mövqeyi dəyişməyib və dəyişməyəcək.
Axar.az xəbər verir ki, bunu İngiltərənin Baş naziri Tereza Mey deyib. O, İspaniya ilə Cəbəllütariq məsələsini anlayışlı bir şəkildə müzakirə etdiklərini bildirib.
“Cəbəllütariq ingilis olduğu üçün qürurluyam və daim Cəbəllüttariqin yanında olacağam. Biz daim Cəbəllütariqin daxil olduğu bütün İngiltərə ailəsi adına müzakirə aparacağıq. Gələcəkdəki münasibətlərdə də onların mənafeyini qoruyacağıq”.
Qeyd edək ki, İspaniya hökuməti bundan əvvəl Cəbəllütariqin statusunun yalnız Madrid və London hökumətləri arasında müzakirə edilməsini istəyib. "Röyter” isə İngiltərənin Cəbəllütariq boğazı məsələsində İspaniyaya zəmanət verdiyini, buna görə də İspaniya hökumətinin Breksit razılaşmasını imzalayacağını yazıb.