|
İranın Türkiyədəki səfiri Məhəmməd Taherian Fard istefa verib.
Axar.az xəbər verir ki, səfirin istefasına səbəb kimi İranda yeni qüvvəyə minən təqaüdçülərin dövlət qulluğunda çalışmasını qadağan edən qanun göstərilib.
Qeyd edək ki, qanun çərçivəsində dünən İranda prezident Həsən Ruhaninin 10 köməkçisi və müşaviri istefa vermişdi.