|
Ölkəmizi təhdidlərdən müdafiə ilə yanaşı, həmin təhdidləri təqib edib unudulmaz tərzdə məğlubiyyətə uğradarıq.
Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini general Hüseyn Səlami danışıb.
“ABŞ kimi qüvvələr bizim qarşımızda heç nə edə bilməz. Sizlər hər gün ABŞ və müttəfiqlərini yeni məğlubiyyətlərə uğradırsınız. Düşmənin hərbi variantdan istifadə etməməsinin əsas səbəbi bunu bacara bilməməsidir”, - general bildirib.