|
2018.11.25. 21:27
İranın İraqla sərhəddə yerləşən Kirmanşah şəhərində 6,4 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hələ ki, hadisə ilə bağlı əlavə məlumat verilmir.
***
Zəlzələ Türkiyənin Hakkari rayonunun Şəmdinli, Yüksəkova, Çukurca və Dərəcik mahallarında da hiss edilib. Təkanlardan sonra əhali küçələrə çıxıb.
***
Təbii fəlakət nəticəsində İranın Kirmanşah vilayətində 114 nəfər xəsarət alıb.
Bu barədə Press TV məlumat yayıb.
***
Xəsarət alanların sayı 210 nəfərə çatıb.
Yaralıların Gilyanqərb, Qəsr-e-Şirin və Sere-Pole-Zöhab şəhərlərindən olduğu deyilir.
***
Kirmanşah qubernatoru Huşəng Bəzvəndə yaralıların 260 nəfər olduğunu açıqlayıb.
***
Zəlzələ nəticəsində xəsarət alanların sayı yüzlərlədir.
Təcili Yardım Xidmətinin rəhbəri Pir Hüseyn Qulivənd deyib ki, indiyə qədər 361 nəfər xəstəxanaya müraciət edib.
Xəsarət alanların sayının artacağı bildirilib.
***
İrandakı dəhşətli zəlzələdə xəsarət alanların sayı 550 nəfərədək artıb.
Bu barədə yerli Press TV məlumat yayıb.
Qeyd olunub ki, təkanlar Bağdad və Azərbaycanda da hiss edilib.
***
Zəlzələ nəticəsində İraq Kürd Muxtariyyətində bir nəfər ölüb, 43 nəfər yaralanıb.
Məlumatı "Rudav" yayıb.
***
İSNA-nın məlumatına görə, zəlzələ nəticəsində yaralananların sayı 716-ya çatıb.