|
Ukraynanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Yelçenko BMT Baş katibinə müraciət edərək, BMT Təhlükəsizlik Şurasını təcili çağırmağı tələb edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın vitse-spikeri İrina Geraşenko deyib. O, bununla bağlı Yelçenkoya birbaşa Ukrayna Prezidenti Pyotr Poroşenonun tapşırıq verdiyini bildirib.