|
00:08
Rusiya Kerç körfəzində Ukraynaya qarşı 2008-ci ildə Gürcüstana tətbiq etdiyi ssenarini təkrarlamaq istəyirdi.
Axar.az xəbər verir ki. bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko yerli kanallara açıqlamasında deyib. O bildirib ki, hücum zamanı Ukrayna əsgərləri müdafiə olunublar:
“Rusiya bu provokasiya ilə bizim atəş açmağımızı hədəfləyirdi. Buna əminəm. Hətta ölüm hadisəsinin baş verməsi nəzərdə tutulurdu. Bundan sonra Rusiya 2008-dəki gürcüstan ssenarisini işə salacaqdı”.
Poroşenko hərbi vəziyyətin elan edilməsi məsələsinə də aydınlıq gətirib və bildirib ki, Ukraynanın 10 vilayətində elan olunan hərbi vəziyyət 26 dekabra qədər davam edəcək:
“Hərbi vəziyyətin elan edilmə tarixi 26 noyabrdan başlayır və bu, 30 gün qüvvədə olacaq”.
Qeyd edək ki, Rusiyanın Ukrayna dəniz donanmasına hücumu və 3 gəmini, 24 əsgəri girov götürməsinin ardından ölkədə bir aylıq hərbi vəziyyət elan olunub. Ali Radanın təsdiqi ilə qüvvəyə minən fərmana görə, Ukraynanın Rusiya ilə sərhəd bütün vilayətləri, həmçinin Azov-Kerç akvatoriyasında hərbi vəziyyət elan edilib.