|
İranda bəluc əsilli sünni ruhani Mövləvi Əbdülqafur Camalzehi naməlum şəxslər tərəfindən odlu silahla qətlə yetirilib.
Axar.az xəbər verir ki, hadisə İranın Gülüstan əyalətinin Nəzərabad kəndində baş verib. Sübh namazını qılmaq üçün evindən çıxıb məscidə gedən axund motosikletdə olan iki naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində öldürülüb.
İki ayağından və kürəyindən 4 güllə yarası alan 61 yaşlı ruhani yerindəcə keçinib.
Cinayətkarların kimliyi, sui-qəsdin səbəbləri məlum deyil. İrandakı sünni mənbələrin bildirdiyinə görə, Mövləvi Əbdülqafur Camalzehi son illər İran təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalaraq bir neçə dəfə təhdid edilib.