|
ABŞ Prezidenti Donald Tramp Kerç olayını bəhanə edərək rusiyalı həmkarı Vladimir Putinlə görüşdən yayındı.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Sergey Jeleznyak deyib. O bildirib ki, əslində Ağ Ev rəhbəri “amerikalı rusofob”ların növbəti narazılıq və ittiham dalğasından qorxaraq belə qərar qəbul edib:
“Çox mürrəkəb beynəlxalq siyasi vəziyyətdə Rusiya və ABŞ liderləri arasında dialoq həm ölkələrimiz arasındakı gərginliyin, həm də qlobal problemlərin həllinə yardım edə bilərdi”.
Qeyd edək ki, Tramp Kerç olayını əsas gətirərək G20 sammiti çərçivəsində Putinlə görüşdən imtina edib.