|
Ermənistanda 1993-cü ildən bu yana casusluq və dövlətə xəyanət ittihamlarıyla 20 nəfərə hökm oxunub.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Tiqran Davitavyan deyib. Onun sözlərinə görə, bu şəxslərin hamısı Azərbaycanın xeyrinə casusluq etməkdə ittiham olunub. Davitavyan onların hərbi, elmi-tədqiqat sferasında informasiyalar topladığı, diversiya və sui-qəsdlər hazırladıqlarını bildirib.