|
ABŞ və Avropa Birliyinin onların nəzarətində olmayan ölkələrə münasibəti hərbi cinayətdir.
Axar.az xəbər verir ki, bunu Havanada ALBA (Bizim Amerikanın Xalqları üçün Bolivarian Alyansı) regional sammitində çıxışı zamanı Nikaraqua Prezidenti Daniel Orteqa deyib.
“ABŞ və Avropa gücləri tərəfindən həyata keçirilən bütün bu fəaliyyətlər, bu hücumların heç bir hüquqi, heç bir qanuni əsası yoxdur. Bu, sadəcə hərbi cinayətdir. ABŞ beynəlxalq hüquqa hörmət etmir. Belə ki, BMT-nin 98%-i Kuba blokadasının ləğvinə səs versə də, ABŞ buna əməl etmir”, – deyə o bildirib.