|
Moskvaya qarşı iqtisadi sanksiyaların hədəfi Rusiyanı güclü ordu və donanmadan məhrum etməkdir.
Axar.az xəbər verir ki, bunu Ukraynanın “Pryamoy” televiziyasında çıxışı zamanı ABŞ-ın Ukraynadakı eks-səfiri Con Herbst deyib. Onun sözlərinə görə, bu, Vaşinqtonun maraqlarına cavab verir:
“Biz istəyirik ki, onların iqtisadiyyatı zəif olsun. Ona görə ki, güclü iqtisadiyyat güclü ordu deməkdir. Biz istəmirik ki, onlar buna sahib olsun. Ona görə də sanksiyalar bizim maraqlarımıza xidmət edir”.