|
Ukrayna Prezidenti Pyotr Poroşenko tənqid olunmaqdan qorxaraq Avropa Parlamentindəki debatlardan qaçıb.
Axar.az xəbər verir ki, bu sözləri ukraynalı keçmiş deputat Oleq Voloşin deyib.
Onun sözlərinə görə, 11 dekabrda AP-də alman deputat Mixail Qalerin Kiyevin AB ilə assosiasiya müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrasına dair hesabatı müzakirə edilib.
Bundan sonra Pyotr Poroşenkonun da iştirakı ilə debatlar keçirilməli idi. O isə debatda iştirak əvəzinə, Brüsselə yollandı. Başa düşürəm, ona bir balaca imkan verdilər, daha açıq desək, pis görünməməsi üçün imkan yaradıldı. Debatlar zamanı isə çox pis şeylər danışıldı”, - keçmiş deputat bildirib.