Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı Azərbaycanın 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid etdiyini bildirib. Bundan sonra bir çox ekspertlər də Ermənistanda son baş verən dəyişikliklər fonunda 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacağını qeyd edib.

Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Fikrət Sadıqov bildirib ki, 2019-cu ilin Qarabağ münaqişəsinin həllində dönüş ili olması Ermənistanın mövqeyindən asılı olacaq.

“Dövlət başçımız çıxışında bildirdi ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Onlarda hakimiyyət dəyişikliyi baş verib, yeni, təcrübəsiz hökumət formalaşır, Dağlıq Qarabağ klanı hakimiyyətdən tamamilə uzaqlaşdırılıb. Əvvəlki hökumət faktiki olaraq, 25 il ərzində əllərindən gələni edib ki, bu məsələ həll olunmasın. İndi Ermənistanda hakimiyyətə gələn yeni hökumətdən çox şey asılıdır. Çünki onlar düşdükləri çətin, mürəkkəb vəziyyətdən çıxmaq istəyirlərsə, işğal siyasətinə son qoymalıdır. Onlar keçmiş hökuməti tənqid edirlər. Ermənistanın belə bir vəziyyətə düşməsinin səbəbkarları məhz kriminal Qarabağ klanıdır. Ona görə də yeni gələn hakimiyyət əlindən gələni etməlidir ki, bu vəziyyətdən çıxsın. Çıxış yolu isə odur ki, Azərbaycan torpaqlarının azad olunma prosesi başlansın. Əsas şərt budur. Belə bir yanaşma müşahidə etsək, əlbəttə ki əlimizdən gələni etməliyik ki, bu məsələ həll olunsun”, - F.Sadıqov deyib.

Politoloq qeyd edib ki, 2019-cu ildə müəyyən bir irəliləyişin baş verməsi mümkündür:

“Azərbaycan həm diplomatik səylərini, həm siyasi addımlarını bu məqsədlərə yönəldəcək. Ölkə başçısı İlham Əliyev elə Lavrovla görüşündə bu barədə çox ətraflı danışdı. Prezident vurğuladı ki, burada Azərbaycan-Rusiya strateji partnyorluq formatı öz sözünü deməlidir. Rusiya Minsk Qrupunun həmsədri kimi bu məsələdə Ermənistana müəyyən təzyiq göstərməlidir. Çünki Rusiyadan çox şey asılıdır”.

Məsələyə münasibət bildirən QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə bu məsələdə müəyyən ümidlər mövcuddur:

“Əslində burada ən əhəmiyyətli məqamlardan biri Ermənistanda ciddi hakimiyyət dəyişikliyinin baş verməsidir. Yəni köhnə komanda tamamilə hakimiyyətdən uzaqlaşdırılıb. Yeni hakimiyyətdə Qarabağla bağlı fərqli yanaşmalar var. Ən azından Paşinyanın yeniliklər etmək iddiaları var. Paşinyan ciddi uğur qazanmalıdır. Bunun yollarından birincisi Ermənistan üçün maliyyəsi çox olan müharibə prosesini dayandırmaq və ya onu sülh prosesi ilə yekunlaşdırmaq, ikincisi isə qonşuları ilə əməkdaşlığı önə çəkməkdir. Çünki bunlar olmadan Ermənistanın sosial, iqtisadi problemlərini həll etmək mümkün olmayacaq. Bu konteksdə də Paşinyan ya Türkiyə ilə münasibətləri yaxınlaşdıracaq, ya da Azərbaycanla. Ola bilsin ki, o hər iki ölkə ilə münasibətləri yaxşılaşdırmaq üçün addımlar atsın. Bugünkü mənzərəyə baxdığımız zaman soyqırım məsələsi ilə bağlı Paşinyanın çox geri getmək imkanı yoxdur. Çünki Türkiyə tərəfinin sərhədlərin açılması ilə bağlı Paşinyanın çağırışlarına verdiyi rəsmi cavablar bundan ibarətdir ki, Azərbaycan torpaqlarının işğalı məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmadan sərhədlərin açılması mövzusu gündəmə gəlməyəcək. Bu konteksdə Paşinyanın önündəki alternativlər 2019-cu ilin Qarabağ münaqişəsinin həllində müəyyən ümidlər yaranacağını göstərir”.

Politoloq vurğulayıb ki, problemin həll olunmamasının əsas səbəblərindən biri Ermənistanın məsələyə təcavüzkar, Azərbaycanın ərazi bütövlüyünü tanımayan, beynəlxalq hüquq prinsiplərinə uymayan aspektdən yanaşmasıdır:

“Paşinyanın bundan nə dərəcədə vaz keçəcəyi sual altındadır. İkincisi bölgənin ən əhəmiyyətli aktoru Rusiyanın məsələyə yanaşması olacaq. Burada söhbət Paşinyanın Azərbaycanla danışıqlara başlamasına Rusiyanın necə reaksiya göstərməsindən gedir. Açıqcası Paşinyanın indiyə qədər açıqlamalarında radikal mövqe tutduğu görünür. Qarabağ məsələsində də əvvəlkilərdən elə fərqli mövqe sərgiləmir. Amma təbii ki, 2019-cu ildə Paşinyan həm hökuməti yenidən formalaşdıracaq, həm də özünün mövqelərini dəqiqləşdirəcək. Dəqiləşdirmədən sonra konkret atacağı addımlarla bağlı proqnoz vermək olar. İndiki şəraitdə mütləq şəkildə 2019-cu ilin Qarabağ probleminin həllində dönüş yaradacağını demək çətindir”.

26 Noyabr 2024 Qərb Gürcüstanı niyə “geopoltik müstəmləkə”yə çevirmək istəyir: Tiflis Türk İttifaqına sığınmağa məcbur qalıb
25 Noyabr 2024 Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
25 Noyabr 2024 Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
25 Noyabr 2024 Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu həbs edəcək
23 Noyabr 2024 Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
23 Noyabr 2024 Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
23 Noyabr 2024 Putin generalları TƏCİLİ topladı, koreyalılar XARKOVDADIR: HÜCUM hazırlığı...
23 Noyabr 2024 "Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
23 Noyabr 2024 Paşinyan Poqosyana yüksək vəzifə verdi
23 Noyabr 2024 Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
23 Noyabr 2024 Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
23 Noyabr 2024 Paşinyan: İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm
23 Noyabr 2024 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
23 Noyabr 2024 Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
22 Noyabr 2024 Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
22 Noyabr 2024 Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı

Xəbər lenti