|
Türkiyə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Özgür Özəl TBMM-də çıxışı zamanı Müdafiə naziri Hulusi Akarı hədəfə alıb.
Axar.az xəbər verir ki, Hulusi Akarın millət vəkilinə cavabı gecikməyib.
H.Akar Özəlin əvvəlcədən hazırladığı çıxışı sərt şəkildə qınayıb.
“Yoldaşlarını ziyarət etməyən alçaqdır. Hasdaldan (Həbsxana – red.) çıxmadım. Yoldaşlarımın həyatını qorumaq üçün hər cür risk etdim”, - deyə Akar bildirib.
Müdafiə naziri millət vəkilinin 15 iyul çevrilişə cəhd gecəsi ilə bağlı ittihamlarına da cavab verib:
“Saat 20:30 radələrində o alçaqlar içəri girdilər və başımıza tapança dayayaraq “bizə rəhbərlik edəcəksən” dedilər və mən də bunu rədd etdim. Aranızda yatağında yatdığı zaman başına tapança dirəndiyi halda “yox” deyə biləcək neçə nəfər var? Yoxlamadan söyləməyin”.