|
10:42
Əgər Belarusda bu ölkənin Rusiyanın tərkibinə girməsi üçün referendum keçirilsə, əhalinin böyük çoxluğu bunun lehinə səs verər.
Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram kanalında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski paylaşıb. O, Belarusun ya bazarın şərtlərinə uyğun şəkildə Rusiya ilə əlaqələr quracağını, ya da ucuz qiymətlər üçün Rusiyanın tərkibinə girməsi gərəkəcəyini bildirib.
Onun sözlərinə görə, Belarusun rəhbəri iki stulda əyləşərək, həm suverenliyini qorumağa, həm də Rusiyanın daxili qiymətlərinə uyğun qaz almağa çalışır.
Jirinovski Rusiyanın SSRİ kimi siyasət həyata keçirmək niyyətində olmadığını bildirib:
“SSRİ bütün resurslarını bölgələrə göndərib, zavodlar, metrolar, kosmodromlar tikir, hər kəndə qaz çəkirdi. 1991-ci ildə ruslar 14 respublikada düşmən oldular. Biz bundan sonra belə davranmayacağıq”.