|
İran Prezidenti Həsən Ruhani sabah Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat ximəti məlumat yayıb.
Məlumata görə, səfər zamanı Ruhaninin yanında İran hökumətinin yüksək vəzifəli şəxsləri də yer alacaq.
Səfərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacağı da bildirilib.