|
Rusiya və Ermənistanın biolaboratoriyalarla bağlı dialoqu konstruktiv formada gedir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib. O, bu istiqamətdə dialoqun təkcə amerikalılarla yox, digər postsovet məkanı ölkələriylə də aparıldığını bildirib.
Səfir dialoq çərçivəsində həmçinin xarici ölkə hərbçilərinin ölkə ərazisində mövcudluğu məsələsinin də müzakirə edildiyini söyləyib.
Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanla yaxın zamanlarda ölkə ərazisinə xarici ölkə hərbçilərinin buraxılmamasıyla bağlı razılaşma imzalayacaqlarını bəyan etmişdi.