|
Məqsədimiz İran ilə ikitərəfli iqtisadi əlaqələrimizi siyasi əlaqələrimizlə eyni səviyyəyə çıxarmaqdır. Ticarət dövriyyəmizi 30 milyard dollar səviyyəsinə çıxarmağı hədəfləyirik. Təəssüf ki, hazırkı rəqəmlər hədəfimizin altındadır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran işgüzar forumunda bildirib.
"Bu gün cənab Vaiziyə və Albayraka tapşırığımızı verdik. Artıq bunu bu gün-sabah bitirin dedik. Bu işi sürətləndirmək lazımdır. ABŞ-ın sanksiya qərarı bizi hədəfimizdən döndərə bilməyəcək. Sanksiyalara qarşı çıxdığımızı və bunun İran xalqını cəzalandırmaq olduğunu hər zaman qeyd edirik", - Ərdoğan deyib.