|
Yeni dövrdə də bir çox sektorda əməkdaşlıq, texnologiya mübadiləsi həm türklərin Rusiyada, həm də rusların Türkiyədə ümumi və şəxsi şirkətlər qurmalarının önünü açacaq.
Axar.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya nazirinin müavini Həsən Böyükdədə deyib.
Sənaye İşçi Qrupunun toplantısında Türkiyə ilə Rusiya arasında sənaye sahəsində birgə işlərinin görülməsi istiqamətində önəmli qərar verildiyini deyən Böyükdədə iki ölkə arasında protokol imzalandığını bildirib.