|
ABŞ Prezidenti Donald Trampın əsgərlərini Suriyadan çıxartma qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə etdiyi müqavilənin bir hissəsidir.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Velt" qəzetində məqalə dərc edilib.
Məqalədə Trampın kürdləri 3,5 milyard dollarlıq "Patriot" sifarişinə dəyişdiyi bildirilib:
"Türkiyə lideri Ərdoğanın Fəratın şərqinə əməliyyat təşkil edəcəklərini bildirməsi ABŞ-a ciddi təzyiq oldu. Tramp da belə bir vəziyyətdə Türkiyə və ABŞ ordusu arasında mümkün toqquşmadan qaçmaq üçün belə bir qərar vermək məcburiyyətində qaldı".