|
Ukrayna Ali Radasının deputatları arasında kütləvi dava baş verib.
Axar.az xəbər verir ki, yayılan görüntülərdə deputatların bir-birinin üzərinə yumruqla hücum etdiyi əks olunub.
Nestor Şufriç tribunada siyasətçi Viktor Medvedçukun tənqid edildiyi plakatın asılmasına narazılığını bildirib. O, posteri qopartmasından sonra həmkarı Yuri Beryoza ona hücum edib. Ardından iki deputatın qarşıdurması kütləvi davaya çevrilib və bundan daha çox deputat Yuri Boyko əziyyət çəkib.
Dava Ukrayna Pravoslav Kilsəsini adından məhrum edə biləcək qanuna görə səsvermədən sonra baş verib.