|
Suriyada baş verən son proseslərdən narahatam.
Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Administrasiyasının rəhbəri Məsud Bərzani ABŞ-ın Suriyadan çıxmasını şərh edərkən deyib.
O, ABŞ Prezidenti Donald Trampın əksinə olaraq, İŞİD-lə savaşın hələ bitmədiyini qeyd edib:
“Suriyadakı kürdlər İŞİD-in hücumları, siyasi qeyri-sabitlik və digər təhdidlər səbəbindən əziyyət çəkirlər. Kürdlər daha çox əzab-əziyyət görmək istəmir”.