|
Türkiyə və İsrailin Krımın Rusiyaya birləşməsini tanıyacağına ümid edirik.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
“Ümid edirik ki, zamanla bir neçə il bundan əvvəl krımlıların etdiyi seçimin həqiqiliyi barədə həm Türkiyə, həm də İsraildən olan tərəfdaşlarımızı inandırmağa nail olacağıq”, - Peskov bildirib.